Səfər Mehdiyev: Yerli şirkətlə blokçeyn əsasında pilot daşımaları təşkil ediləcək

  • 28 Yanvar, 2020 12:36
Səfər Mehdiyev: Yerli şirkətlə blokçeyn əsasında pilot daşımaları təşkil ediləcək

"2020-ci ildə yerli ixracatçı şirkətlərin biri ilə sənədsiz, məlumatların tam blokçeyn üzərindən paylaşılan pilot daşımanın təşkil edilməsi nəzərdə tutulub".

“Finans.az” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu pilot layihədə təminat zəncirinin bütün iştirakçıları “hyperledger” fabrik blokçeyni üzərindən bir-birinə məlumat göndərib, təsdiq edəcəklər.

Həmçinin o bildirib ki, GUAM ölkələrində gömrük prosedurları üçün tələb olunan sənədləri blokçeyn texnologiyası vasitəsilə paylaşmağı Dövlət Gömrük Komitəsi təklif edib: “Eyni zamanda Gürcüstan ilə məlumatların “blokçeyn” texnologiyası istifadə olunmaqla paylaşılması iki fərqli platforma üzərindən pilot proqramda tətbiq olunub. “Ethereum” və “hyperledger” blokçeyn şəbəkəsində bəzi məlumatların paylaşılması test üsulunda uğurla başa çatdırılıb”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevlə geniş müsahibəni sabah “Report”da oxuya bilərsiniz.


Mənbə: report.az