Sədr: "Qoşa Qala qapılarında aparılan restavrasiya işlərinin ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur"

  • 7 İyun, 2019 17:47
Sədr:

"Qoşa Qala qapılarında aparılan restavrasiya və konservasiya işlərinin bu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur".

"Finans.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib.

Onun sözlərinə görə, Qoşa Qala qapıları sonuncu dəfə 50-ci illərdə restavrasiya olunub: "Ona görə də yeni bərpanın vaxtı idi. Mövcud abidənin olduğu kimi saxlanılaraq bərpasına üstünlük verilir".

Sədr qeyd edib ki, bu il üçün həm də Qoşa Qala meydanında yerləşən Bakı Xanları Evi Kompleksinin bərpasının yekunlaşması da nəzərdə tutulub: "Gələn il Buxara və Multanı karvansaraylarının restavrasiya və konservasiyası planlaşdırılır. Eyni zamanda, "yaşıl aptek" kimi tanınan Qasım bəy hamamının da bərpaya ehtiyacı var. Lakin yekun tarix gələn ilki dövlət büdcəsinin təsdiqindən asılıdır. Qoşa Qala divarlarının tamamilə bərpası isə uzun müddət tələb edir. Ən azı 10 ilə yaxın vaxt lazımdır".


Mənbə: report.az