“Sədərək” Ticarət Mərkəzi yanır

  • 18 Fevral, 2020 08:54
“Sədərək” Ticarət Mərkəzi yanır

“Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

“Finans.az” xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.


Mənbə: report.az