SEC şikayət etdi - "Tesla"nın səhmləri ucuzlaşdı

  • 26 Fevral, 2019 16:30
SEC şikayət etdi -

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) məhkəməyə müraciət edərək "Tesla"nın rəhbəri İlon Maskın 16 oktyabrda komissiya ilə edilən razılaşmanı pozduğunu iddia edib və bununla bağlı tədbir görülməsini istəyib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu xəbərlərdən sonra "Tesla"nın səhmləri 4,11% dəyər itirərək 300 dollardan aşağı düşüb.

SEC Maskın 19 fevralda "Tesla"avtomobillərinin istehsalı ilə bağlı məlumat paylaşaraq razılaşmanı pozduğuynu bildirib. Razılaşmaya əsasən isə "Tesla" səhmdarları üçün hər hansı nəticələrə gətirib çıxaracaq məlumatlar paylaşmazdan əvvəl SEC məlumatı təsdiqləməli idi.

Mask SEC-in paylaşımda əks olunan - 2019-cu ildə istehsalın 350-500 ədəd olması məlumatı ilə bağlı gəlir sənədini oxumağı unutduğunu bildirib.