“Səba”nın səhmdarları Müşahidə Şurası ilə bağlı qərar verəcək

  • 8 İyul, 2019 09:00
“Səba”nın səhmdarları Müşahidə Şurası ilə bağlı qərar verəcək

“Səba” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Finans.az" xəbər verir ki, yığıncaq 23 avqust 2019-cu il saat 15.00-da baş tutacaq.

Gündəlikdəki məsələlər:

1. “Səba” ASC-nin 5-ci redaksiya nizamnaməsində dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul olunması barədə.

2. Səhmdar cəmiyyətin müşahidə şurası barədə.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, onlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər barədə müvafiq sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq hüququna malikdirlər. Gündəliklə maraqlananlar (+994 12) 448-16-01 nömrəli telefonla əlaqə saxlaya bilərlər. Ünvan-Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1.