“Səba” ASC-nin rəhbərliyində dəyişiklik olub - TƏYİNATLAR

  • 5 Sentyabr, 2019 13:07
“Səba” ASC-nin rəhbərliyində dəyişiklik olub - TƏYİNATLAR

“Səba” ASC-nin Mühahidə Şurası və İdarə Heyətinin tərkibində dəyişiklik olub.

"Finans.az" xəbər verir ki, cəmiyyətin Müşahidə Şurasının üzvü Zakir Əzimov vəzifəsindən azad edilib. Onu bu vəzifədə Elmar Abasov əvəz edib.

İdarə Heyətinin üzvü Vüqar Baloğlanov vəzifədən azad edilib. Həmçinin, İdarə Heyyətinə iki yeni üzv - Nicat Nağıyev və Cavanşir Cəbrayıl-zadə təyin olunub.

Bununla da, şirkətin İdarə Heyətinin üzvlərinin sayı 3-ə qalxıb, Müşahidə Şurasının üzvlərinin sayı isə 5 olaraq qalıb.

Qeyd edək ki, Səba ASC broyler cücələrinin sənaye üsulu ilə yetişdirilməsi, kəsimi və broyler ətinin satışı, yem bitkilərinin və onun toxumlarının becərilməsi və satışı, süd məhsullarının istehsalı və satışı ilə məşğuldur.