“Sberbank”ın sədri Rusiyanın əsas problemini açıqladı

  • 14 Mart, 2019 17:06
“Sberbank”ın sədri Rusiyanın əsas problemini açıqladı

Rusiya ən çox effektiv dövlət idarəçiliyi sisteminin yoxluğundan əziyyət çəkir.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Rusiyanın Liderləri” forumunda “Sberbank”ın rəhbəri Qerman Qref jurnalistlərin ondan müasir Rusiyanın üzləşdiyi 3 əsas problemi sadalamısını istəmələrinə cavab olaraq deyib.

Onun fikrincə, bu problem həll olunsa digərləri avtomatik olaraq həllini tapacaq.