“Saudi Aramco” "Lazard Ltd." və "Moelis & Co." şirkətlərini IPO üçün məsləhətçi seçdi

  • 21 Avqust, 2019 16:35
“Saudi Aramco”

Dünyanın ən iri neft şirkəti “Saudi Aramco” "Lazard Ltd." və "Moelis & Co." şirkətlərini səhmlərinin ilik yerləşdirilmısi (IPO) üçün məsləhətçi olaraq seçib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, investisiya bankları artıq hazırlıq işlərinə başlayıblar. Məhz onlar tarixin ən iri IPO-nun anderrayterlərinin və yerləşdirmə meydançasının seçimində əsas rol oynayacaqlar.

Qeyd edək ki ötən həftə şirkət ilk dəfə olaraq maliyyə hesabatını açıqlayıb. Cari ilin ilk yarısında onun xalis mənfəəti 46,9 milyard dollar təşkil edib.

“Saudi Aramco” 1933-cü ildə təsis olunan Səudiyyə Ərəbistanın milli neft şirkətidir.