“Saudi Aramco” Asiya üçün neft qiymətlərini endirib

  • 5 may, 2021 17:34
“Saudi Aramco” Asiya üçün neft qiymətlərini endirib

Səudiyyə Ərəbistanının neft və qaz şirkəti “Saudi Aramco” Asiyadakı alıcılar üçün neftin bütün növlərinin iyun qiymətlərini endirib.

“Finans.az” xəbər verir ki, “Saudi Aramco” neftin iyun qiymətlərini 0,1-0,3 dollar azaldıb.

Eyni zamanda, Asiya üçün yüngül neftin iyun qiymətləri 0,1 dollar endirilib.

“Saudi Aramco” Səudiyyə Ərəbistanının 1933-cü ildə qurulmuş milli neft şirkətidir. Onun qərargahı Zahran şəhərində yerləşir. Şirkət ölkənin demək olar ki, bütün neft istehsal müəssisələrinə nəzarət edir.


Mənbə: report.az