Satışlarına görə smartfon bazarının lideri bu şirkət oldu - TOP 5

  • 1 Dekabr, 2020 13:32
Satışlarına görə smartfon bazarının lideri bu şirkət oldu - TOP 5

Analitik şirkət olan “Gather” qlobal bazarda smartfon satışları üzrə 2020-ci ilin üçüncü rübünün nəticələrini dərc edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, iyul-sentyabr ayları arasında olan dövr satış baxımından cari ilin ilk yarısı ilə müqayisədə daha uğurlu olub. Bu, istehsalçıların artıq pandemiyanın şərtlərinə uyğunlaşması ilə əlaqələndirilir.

Qeyd edilir ki, pandemiya şəraitində bazar payını əhəmiyyətli dərəcədə yalnız “Xiaomi” artıra bilib. Şirkətin smartfon satışları ötən ilin analoji dövrü ilə müqayisədə ücdə bir həcmdə artıb. Nəticədə “Xiaomi” bazar payına görə ilk dəfə olaraq “Apple”ı geridə qoyub. Eyni dövrdə “Samsung”un satışları yalnız 2,2% artıb. Digərlərində göstəricilər ya əvvəlki səviyyədə olub, ya da ki, ciddi şəkildə azalıb.

Beləliklə samrtfon satışları üzrə bu ilin üçüncü rübünün nəticələrinə görə şirkətlərin TOP-5-liyi aşağıdakı kimidir:

1. Samsung - 80,8 milyon ədəd smartfon satılıb (bazar payı 22 % olub)

2. Huawei - 51,8 mln. (14,1 %)

3. Xiaomi - 44,4 mln. (12,1 %)

4. Apple - 40,5 mln. (11,1 %)

5. OPPO - 29,8 mln. (8,2 %)