“Samsung”un sahibi həbs edilib

  • 18 Yanvar, 2021 12:34
“Samsung”un sahibi həbs edilib

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” şirkətinin sahibi, eyni zamanda, İdarə Heyətinin sədri Li Ce Ön 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.

“Finans.az”ın verdiyi məlumata görə, bununla bağlı qərarı paytaxt Seulun Ali Məhkəməsi qəbul edib. İş adamı "Samsung Group”un iki bölməsinin birləşdirilməsi zamanı qanunsuzluğa yol verdiyinə görə azadlıqdan məhrum olunub.


Mənbə: report.az