"Samsung"un qatlanan smartfonunun ekran problemi aradan qalxdı

  • 3 İyul, 2019 11:16

"Samsung Galaxy Fold"un ekran problemi aradan qalxıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, problemlərin aradan qaldırılması ilə modelin yenidən istahsalına başlanılıb. Məlumata əsasən "Galaxy Fold"un yeni ekranı sökülmə, əl ilə soyulma və aşınmaya qarşı güclü qoruyucu filmə sahib olacaq.

Şirkət isə sözügedən nasazlıqların yenidən ortaya çıxmayacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, qatlana bilən smartfon funksiyaları üzrə uğursuz olan "Galaxy Fold"un qatlanma zamanı yaranan ekran problemlərinə görə satışı aylarla təxirə salınmışdı.