"Samsung"un qatlanan smartfonu bu tarixdə satışa çıxarılacaq

  • 4 Sentyabr, 2019 11:44

"Samsung"un ilk qatlana bilən smartfonu "Galaxy Fold" üçün ilkin sifarişlər yenidən başlayıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, cihaz haqqında ətraflı məlumat "Samsung"un 6 sentyabr tarixində Koreyada həyata keçirəcəyi tədbirdə veriləcək. Sızdırılan məlumatlara görə isə "Galaxy Fold" 27 sentyabrdan etibarən satışa çıxarılacaq.

Xatırladaq ki, "Galaxy Fold" hələ bu ilin əvvəlində tanıdılsa da, satışların başlanmasına bir neçə gün qalmış ekranla bağlı problemlərin ortaya çıxması satış tarixini təxirə salmışdı.