"Samsung"un qatlanan smarfonunun satışa çıxarılacağı tarix - AÇIQLANDI

  • 31 İyul, 2019 14:09

"Samsung"un qatlana bilən smartfonu "Galaxy Fold"un uzun müddətdir təxirə salınan buraxılış tarixi məlum olub.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən smartfon 18-20 sentyabr tarixləri ərzində satışa çıxarılacaq. Məlumata əsasən artıq smartfonun istehsal xətaları aradan qaldırılıb.

Qeyd edək ki, sentyabr ayında "Apple"ın da 3 smartfon modelini tanıdacağı gözlənilir.