"Samsung" tabletə çevrilən smartfon buraxacaq - FOTO

  • 2 İyul, 2019 13:04

"Samsung"un tabletə çevrilə bilən smartfon patenti ortaya çıxıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, texnologiya nəhəngi ABŞ-ın Patent və Marka İdarəsindən (United States Patent and Trademark Office) yeni patent alıb.

Patentə əsasən model hər iki yan tərəfindən çəkilərək açıla bilir və daha böyük ölçüyə sahib olur. Bununla da smartfon normal ölçüsündən üç dəfə böyük hala gələrək tabletə çevrilir.

Ekranı böyütmək və yenidən kiçiltmək üçün mexanizm müəyyən olunub və model dayanıqlılığı təmin etmək üçün qoruyucu yuvalara sahibdir.