"Samsung Galaxy"nin su keçirməzliyi ilə bağlı problem - Cərimələnə bilər

  • 4 İyul, 2019 16:51

Avstraliyanın istehlakçı təhlükəsizliyi qurumu "Samsung"u istehlakçılarını aldatdığı iddiası ilə məhkəməyə verib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Avstaliyanın Rəqabət və İstehlakçı Komissiyası "Galaxy" smartfonlarının su keçirməzliklə bağlı reklamlarının yanlış olduğu bildirilib.

İddiaya görə dünyanın ən böyük smartfon istehsalçısı hovuz və ya duzlu suya məruz qalmanın təsirini telefonlarında tam olaraq batmamış vəziyyətdə yoxlayıb və ya kifayət qədər yoxlamayıb. Baxmayaraq ki, "Samsung" sözügedən smartfonların hovuzda və suyun altında çalışa bilməsini 300-dən artıq reklamında nümayiş etdirib.

Əgər iddianın doğruluğu sübut olunarsa "Samsung" hər pozuntuya görə 7 milyon dollar cərimələnə bilər.