"Samsung" qatlanabilən smartfonunu təqdim edib

  • 8 Noyabr, 2018 11:21

"Samsung" şirkəti "Developer Conference" tədbirində özünün qatlanabilən smartfonunu təqdim edib.

"Finans.az" xəbər verir ki, təqdimatda göstərilən modelin tam versiyası deyil.

Şirkət sadəcə olaraq smartfonun prototipini təqdim edib. Smartfonun tam təqdimatı gələn il baş tutacaq.

Qeyd edək ki, smartfonun ekranı "Infinity Flex Display" adlanır. Ekran vasitəsilə istifadəçi tam böyük ekran yarada və nəticədə onu əyə bilir. Model 7.3 düym ekrana sahib kompakt planşet xarakterini daşıyan cihazdır. İstifadəçi isə istənilən zaman onu smartfon kimi də istifadə edə bilər.