Şahin Mustafayev: Aİ ilə ticarət dövriyyəmiz 30% artıb

  • 13 İyun, 2019 10:51
Şahin Mustafayev: Aİ ilə ticarət dövriyyəmiz 30% artıb

Avropa İttifaqı ölkələrinin regiondakı ticarət dövriyyəsinin 78%-i Azərbaycanın payına düşür.

"Finans.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Aİ-Azərbaycan Biznes Forumunda açıqlamasında deyib.

Nazir bildirib ki, Avropa İttifaqı ilə ticarət dövriyyəsində ötən il 30% artıma nail olmuşuq. "Avropa İttifaqı ölkələrinin Azerbaycana indiyədək olan investisiyaları 33 milyard dollardan çoxdur və Azərbaycanda 1600-dən çox Avropa şirkəti fəaliyyət göstərir. Azərbaycanın isə Aİ ölkələrinin iqtisadiyyatına investisiyaları 15 milyard dollara çatıb".

Nazir əlavə edib ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayır. "Əməkdaşliq Cənub Qaz Dəhlizi vasitəsilə daha da genişlənəcək.

Azərbaycan regionun mühüm nəqliyyat logistika mərkəzidir. 2018-ci ildə Azərbaycandan 9,3 milyon ton tranzit yük danisib".