Sahibkarlığın İnkişafı Fondu "VTB Bank" ilə əməkdaşlığa başlayacaq

  • 10 Dekabr, 2019 15:16
Sahibkarlığın İnkişafı Fondu

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu "Bank VTB Azərbaycan" ASC ilə əməkdaşlığa başlamağa hazırlaşır.

"Finans.az" Banka istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyasının ötən gün keçirilmiş 18-ci iclasında razılıq əldə olunub.

Qeyd edək ki, sözügedən iclasda "Bank VTB Azərbaycan"ın İdarə Heyətinin sədri Yevgeni Kirin də iştirak edib.