“Şahdağ Turizm Mərkəzi” sığortaçı axtarır

  • 8 Noyabr, 2019 10:07
“Şahdağ Turizm Mərkəzi” sığortaçı axtarır

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” QSC açıq tender elan edib.

"Finans.az" xəbər verir ki, tender Dövlət büdcəsi hesabına nəqliyyat vasitələri üçün “Kasko” sığortasının satın alınması ilə əlaqədar keçirilir.

Tender iştirakçılarına təklif olunur ki, Dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə etsinlər.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 28 noyabr 2019-cu il saat 16.00-a , tender təklifi ilə bank təminatı sənədlərini isə 9 dekabr 2019-cu il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 9 dekabr 2019-cu il saat 16.00-da açılacaq.

Tenderdə iştirak haqqı 190 manatdır.