Şabranda yol tikintisinə 12 milyon manat ayrıldı - SƏRƏNCAM

  • 27 Sentyabr, 2019 17:08
Şabranda yol tikintisinə 12 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev "Şabran rayonunun SurraDüz BiliciQorğanÇinarlar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

"Finans.az" xəbər verir ki, sərəncamla dörd min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Surra–Düz Bilici–Qorğan–Çinarlar avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.