Sabahdan Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi işə düşəcək

  • 8 Noyabr, 2019 16:44
Sabahdan Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi işə düşəcək

Sabahdan Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.

“Finans.az” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, ətraf kənd və qəsəbələr eləcə də digər müvafiq istiqamətlər üzrə matşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.