Sabah dünyanın ən böyük texnologiya sərgisi açılacaq - "Apple" iştirak etməyəcək

  • 7 Yanvar, 2019 17:52
Sabah dünyanın ən böyük texnologiya sərgisi açılacaq -

Dünyanın ən böyük texnologiya sərgisi "CES 2019" sabah açılır.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Las-Veqasın ev sahibliyi etdiyi sərgidə 155-dən çox ölkənin 4 500-dən çox şirkəti ən son texnologiyaları nümayiş etdirəcək.

Sabah keçiriləcək "CES 2019"un (Consumer Electronics Show) rəsmi açılışı 11 yanvar cümə gününə qədər davam edəcək. 185 mindən çox adamın ziyarət etməsi gözlənilən sərgiyə bu il süni zəka və 5G texnologiyalarının damğa vuracağı gözlənilir.

5G ilə birlikdə obyektlərin interneti (IoT) texnologiyalarının həyatımıza gətirəcəyi yeniliklər, süni zəka dəstəkli virtual xidmətlərlə dəyişən ağıllı ev sistemləri və avtonom sürücülük texnologiyaları sənayesi məhsulları da "CES 2019"da yer alacaq.

Sərgidə süni zəka dəstəkli virtual xidmətlər arasında xüsusilə "Google" və "Amazon"un rəqabətdə önə çıxacağı gözlənilir.

Əvvəlki illərdə də olduğu kimi bu il də "Apple" sərgiyə qatılmayacağını açıqlayıb. Şirkət Las-Veqasdakı sərgi sahəsinin qarşısındakı binaya ""iPhone"unuzda olan hər şey "iPhone"unuzda qalar" yazılı pankart asaraq, "Google"un Android sistemindəki təhlükəsizlik problemlərinə də göndərmə edib.