Sabah Abşeronda elektrik enerjisi kəsiləcək

  • 13 Aprel, 2020 14:37
Sabah Abşeronda elektrik enerjisi kəsiləcək

Sabah, saat 11:30-16:00 arasında Abşeron rayonunun Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.

Bunu "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, fasiləyə səbəb Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən 110/35/10 kv-luq "Qobu Yarımstansiyası"ndan qidalanan 10 kv-luq "Qobu-1" və 10 kv-luq "Nübar-1" hava elektrik verilişi xətlərində aparılan yenidənqurma və cari təmir işləridir.