"S&P": Növbəti 3 ildə Azərbaycanın xalis borcunun ÜDM-ə nisbəti azalacaq - PROQNOZ

  • 7 Aprel, 2020 11:12

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi gələn il Azərbaycanın xalis borcunun ÜDM-ə nisbətinin ötənilki 50%-dən 47,3%-dək azalacağını proqnozlaşdırır.

“Finans.az” xəbər verir ki, reytinq agentliyinin məlumatına görə, 2022-ci il üçün dövlətin xalis borcunun ÜDM-ə nisbəti 45,3%, 2023-cü ildə isə 45% səviyyəsində olacağı gözlənir.

"S&P" ölkə gəlirinin ÜDM-ə nisbətinin 2020-ci ildə ötənilki 40,4%-dən 36,1%-dək azalacağını proqnozlaşdırsa da, növbəti ildə bu göstəricinin 36,3%-dək yüksələcəyini gözləyir.


Mənbə: apa.az