S&P: Gələn iki ildə Azərbaycanın ÜDM-si orta hesabla 4,7 % böyüyəcək

  • 23 iyun, 2021 16:51
S&P: Gələn iki ildə Azərbaycanın ÜDM-si orta hesabla 4,7 % böyüyəcək

Ötən il koronavirus pandemiyasının təsiri ilə geriləyən Azərbaycan iqtisadiyyatı bu il 2,4 % artacaq.

“Finans.az” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin açıqlamasında bidirilir.

S&P görə, 2022-2023-cü illərdə isə Azərbaycanın ümumi daxili məhsulu orta hesabla 4,7 % böyüyəcək.

Qeyd edək ki, Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-in 3,4 %, 2022-ci ildə isə 4,8 % artacağını proqnozlaşdırır. COVID-19 məhdudiyyətləri və OPEC+ razılaşmaları çərçivəsində neft hasilatının azalması səbəbindən 2020-ci ildə Azərbaycanda ÜDM 4,3 % azalıb.


Mənbə: report.az