Ruslar həftədə 5 yox 4 gün çalışacaq

  • 16 Avqust, 2019 10:37
Ruslar həftədə 5 yox 4 gün çalışacaq

Rusiya uzun müddətdir müzakirə olunan həftədə 4 iş günü rejimini həyata keçirməyə hazırlaşır.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın hakim "Vahid Rusiya" partiyası hazırda 4 günlük iş rejiminin tətbiqini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. Partiya tərəfindən edilən açıqlamalara görə, bu rejim insanlara daha çox istirahət etməyə, öz üzərlərində çalışmağa və sağlamlıqlarına daha çox vaxt ayırmağa imkan verməklə işsizlik səviyyəsini də aşağı endirəcək.

Lakin aparılan sorğular nəticəsində məlum olub ki, ruslar bu rejimə şübhə ilə yanaşır. Belə ki, sorğuda iştirak edənlərin 43%-i işəgötürənlərin iş saatı ilə bərabər əmək haqqını da aşağı endirəcəklərini düşünür.