Rusiyanın “Sberbank”ı ən güclü DDoS hücumuna məruz qalıb

  • 21 Yanvar, 2020 17:54
Rusiyanın “Sberbank”ı ən güclü DDoS hücumuna məruz qalıb

Rusiyanın “Sberbank” bankı öz tarixində ən güclü DDoS hücumuna məruz qalıb.

"Finans.az" Rusiya mətbuatına istinadla xəbər verir ki, sədr müavini Stanislav Kuznetsov hadisənin 2020-ci ilin ilk günlərində baş verdiyini bildirib: “2020-ci il yanvarın 2-də "Sberbank" əvvəlki hücumlardan 30 dəfə güclü, misli görünməmiş DDoD hücumu ilə üzləşib. Hücum avtonom ağıllı qurğuların köməyi ilə reallaşıb”.

Bank sədrinin müavini hücumun “Sberbank”-ın iki qaynağına yönləndirdiyini izah edib: ”Avtomatlaşdırılmış rejimdə davam gətirə bildik, əlbəttə heç bir təsiri olmadı”. Kuznetsov əlavə edib ki, bank dərhal bütün məlumatları hüquq-mühafizə ormanlarına ötürüb.

Sədr müavininin fikrincə, hücum kibercinayətkarlığın yeni müstəviyə keçdiyini, sürətlə inkişaf etdiyini nümayiş etdirir və 5G texnologiyasından istifadə isə DDoS hücumlarında yeni risk səviyyəsini təhdid edir.

Nərgiz Malik