Rusiyanın Norilsk şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək

  • 6 Sentyabr, 2019 14:07
Rusiyanın Norilsk şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək

Rusiya “Nordstar” aviaşirkəti gələn aydan Norilsk-Ufa-Bakı istiqamətində uçuşlara başlayacaq.

“Finans.az” xəbər verir ki, aviareyslər bu il oktyabrın 27-dən gələn il martın 28-nə qədər həyata keçiriləcək.

Təyyarələr Rusiyanın Krasnoyarsk diyarında yerləşən Norilsk şəhərindən hər həftənin Ufaya uçacaq və elə həmin gün də ordan Bakıya hərəkət edəcək və geri qayıdacaq. Bu məqsədlə "Boeing 737-800" markalı avialaynerlərdən istifadə olunacaq.


Mənbə: report.az