Rusiyanın aviaşirkəti Moskva-Bakı istiqamətində uçuşlara başlayır

  • 21 Sentyabr, 2020 13:40
Rusiyanın aviaşirkəti Moskva-Bakı istiqamətində uçuşlara başlayır

Rusiyanın "Aeroflot" aviaşirkəti sentyabrın 24-dən etibarən Moskva-Bakı-Moskva istiqamətində uçuşlara başlayır.

“Finans.az”ın əldə etdiyi məlumata görə, aviareyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Təyyarə cümə axşamı səhər saat 7:20-də, bazar günü isə gecə saat 2:50-də Bakıdan qalxacaq.


Mənbə: report.az