Rusiya şirkəti: Qroznı-Bakı kəmərinin təmiri neft nəqlinə təsir etməyəcək

  • 29 Avqust, 2019 15:05
Rusiya şirkəti: Qroznı-Bakı kəmərinin təmiri neft nəqlinə təsir etməyəcək

Qroznı Bakı magistral neft kəmərinin Dağıstan ərazisindəki hissəsində aparılacaq yenidənqurma işləri 2020-ci ilin ikinci yarısında başa çatacaq.

"Finans.az" xəbər verir ki, bu barədə “Report”a Rusiyanın “Chernomortransneft” şirkətindən neft kəmərinin yenidən qurulması üçün müvafiq dövlət ekoloji ekspertizasının müsbət rəyi verildiyini, tikinti-quraşdırma işlərinə bu ilin noyabr ayından başlamaq nəzərdə tutulduğunu bildirilib.

Həmçinin layihə çərçivəsində görüləcək işlərin neft kəmərinin normal fəaliyyətinə təsir göstərməyəcəyinin qeyd olunduğu məlumata görə yenidənqurma işləri çərçivəsində kəmərin nəqletmə gücünün artırılmayacağı vurğulanıb.

Qeyd edək ki, Qroznı-Bakı magistral neft kəməri ilə bağlı sözügedən layihə Dağıstandakı “Andreyaul” respublika əhəmiyyətli ərazilərdə ekoloji riskləri minimuma endirmək məqsədi ilə yasaq olan yerlərə düşən kəmərin 1684,5 metr hissəsi əvəzlənərək uzunluğu 1787,5 metr olan yeni kəmər döşənməlidir.

Rusiyanın “Transneft” dövlət şirkətinin törəmə müəssisəsi olan “Chernomortransneft” şirkəti Şimali Qafqaz regionuna aid üç inzibati bölgə və üç respublika ərazisində fəaliyyət göstərir.