Rusiya prezidenti 15 ildir ki, yenilənməyən əməliyyat sistemindən istifadə edir

  • 19 Dekabr, 2019 15:28
Rusiya prezidenti 15 ildir ki, yenilənməyən əməliyyat sistemindən istifadə edir

Rusiya prezidenti Vladimir Putin kiberhücumlarla bağlı risklərə baxmayaraq hələ də ABŞ-ın "Microsoft" korporasiyasının 15 il əvvəl yeniləməyi dayandırdığı "Windows XP" əməliyyat sistemindən istifadə edir.

"Finans.az" xəbər verir ki, xarici mətbuatın məlumatına görə, bu əməliyyat sistemi V.Putinin həm Kremldəki, həm də Novo-Oqaryovodakı əsas malikanəsində olan kompüterlərdə quraşdırılıb.

Qeyd edək ki, "Windows XP" Rusiya hökumətinin ölkədə istifadəsinə rəsmən icazə verdiyi, "Microsoft"a məxsus sonuncu əməliyyat sistemidir. Hazırda qonşu ölkədə "Microsoft"un, eləcə də ABŞ-ın "Google" axtarış sisteminin fəaliyyəti mərhələli şəkildə məhdudlaşdırılır. Onlar yerli "Astra Linux" əməliyyat sistemi və "Yandex" axtarış sistemi ilə əvəz olunur.

Bir qədər əvvəl Rusiyada ruslara məxsus proqram və tətbiqlərin daxil edilmədiyi "ağıllı" telefonların satış da qadağan edilib. Bundan başqa V.Putin fevralda imzaladığı qanunla mərkəzi hökümətə istədiyi vaxt interneti kəsmək səlahiyyəti verib.


Mənbə: report.az