Rusiya Polşaya satdığı qazı bahalaşdırmaq istəyir

  • 10 Noyabr, 2020 12:08
Rusiya Polşaya satdığı qazı bahalaşdırmaq istəyir

Rusiyanın təbii qaz inhisarçısı “Qazprom” şirkəti Polşaya satdığı "mavi yanacağ"ın qiymətinə yenidən baxılması üçün qarşı tərəfə,PGNIG konserninə müraciət edib.

“Finans.az” xəbər verir ki, bu barədə Polşa konserni məlumat yayıb.

Məlumata görə, bununla bağlı müraciət “Qazprom” və onun törəməsi - “Qazprom Eksport” şirkətlərindən noyabrın 9-da qəbul edilib. Bu müraciətdə tərəflər arasında 25 sentyabr 1996-cı il tarixində imzalanmış Yamal müqaviləsi çərçivəsində satılan qazın qiymətinə yenidən baxılması (başqa sözlə qazın bahalaşdırılması) təklif olunur.


Mənbə: report.az