Rusiya ilə Səudiyyə Ərəbistanı arasında razılığa yeni maneə yaranıb

  • 6 Aprel, 2020 14:10
Rusiya ilə Səudiyyə Ərəbistanı arasında razılığa yeni maneə yaranıb

Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neftin qiymətinin tənzimlənməsinə dair sazişin bağlanmasına mane olan yeni problem yaranıb. Məlumatı Bloomberg yayıb.

"Finans.az" xəbər verir ki, buna səbəb neft bazarındakı vəziyyəti tənzimləmək üçün hasilatın azadılması parametrləri ətrafında yaşanan ziddiyyət olub.

Eyni zamanda, hər iki tərəf ABŞ-ın razılaşmaya qoşulmasının tərəfdarıdır, lakin prezident Donald Tramp indiyə qədər bunun mümkünlüyünündən açıq şəkildə imtina edib.

Qeyd edək ki, məsələ “Böyük iyirmilik” ölkələri energetika nazirlərinin 10 aprel görüşündə müzakirə mövzusu ola bilər.

Ayna Fərhad



Mənbə: lenta.ru