Rusiya ilə Azərbaycanın ticarəti 3 ayda 500 milyon dolları keçib

  • 10 İyun, 2019 12:47
Rusiya ilə Azərbaycanın ticarəti 3 ayda 500 milyon dolları keçib

"Əlaqələrimiz sabit şəkildə inkişaf edir. Bu barədə heç bir şübhə yoxdur. Dostluq ab-havası var. Bütün istiqamətlərdə irəliləyirik".

"Finans.az" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

Səfir bildirib ki, ticarət ikitərəfli əməkdaşlığın əsas sahələrindən biridir.

"Rusiya statistikasına əsasən, bu ilin yanvar-mart aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi yarım milyard dolları keçib. Müqayisədə üçün deyim ki, bu, keçən il 2 milyard 400 milyon dollar təşkil edib. Ticarətimiz qeyri-neft sektoru üzərində qurulub. Bura kənd təsərrüfatı, maşınqayırma və s. daxildir", - diplomat vurğulayıb.