Rusiya Azərbaycanda spirtli içkilər zavodu açacaq

  • 18 Oktyabr, 2019 15:06
Rusiya Azərbaycanda spirtli içkilər zavodu açacaq

Rusiyanın spirtli içkiləri istehsalçısı olan “Tatspirtprom” dövlət şirkəti Azərbaycanda yerli distributor “Carchioglu Group” ilə birgə bu yaxınlarda spirtli içkilərinin doldurulması zavodunu açacaq.

“Finans.az” xəbər verir ki, bu barədə "Tatspirtprom"un baş direktoru İrek Minnaxmetov bildirib.

Onun sözlərinə görə, iki və ya üç il ərzində müəssisə illik 5,5 mln. dekalitr istehsal gücü ilə yerli bazarın 20%-nə sahib olmaq niyyətindədir ki, bu planlara yalnız bazarda saxta məhsulların payının böyük olması müdaxilə edə bilər.

Rusiyanın spirtli içkilər bazarındakı durğunluq istehsalçıları qonşu ölkələrdə genişlənmə nöqtələrini axtarmağa məcbur edir. Bu, "Tatspirtprom"un xaricdə olan ilk obyektidir, onun idarə edilməsi isə “RusAzeri Spirits” MMC (burada tərəflər yarıbayarı pay ilə (50/50) iştirak edirlər) tərəfindən həyata keçiriləcək.

İ. Minnaxmetov onu da qeyd edib ki, əvvəl yeni müəssisədə ildə 190 min dekalitr spirtli içki istehsal etməyə planlaşdırılır, bunun da 18 min dekalitri "Tatspirtprom"un bredlərinin payına düşəcək. Perspektivdə bu göstəricini 400 min dekalitrə çatdırmaq planlaşdırılır. Zavodda ilk məhsul yaxın günlərdə buraxılacaq.


Mənbə: apa.az