Rusiya ABŞ-ın dövlət istiqrazlarına yatırımları azaldıb

  • 18 Mart, 2019 10:06
Rusiya ABŞ-ın dövlət istiqrazlarına yatırımları azaldıb

Rusiya ABŞ hökümətinin qiymətli kağızlarına investisiyaları bu ilin yanvarında 13,18 milyard ABŞ dollarına kimi azaldıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu, əvəllki ayın göstəricisindən 36 milyon dollar və ya 0,27% azdır.

Qeyd olunur ki, yatırımların 6,322 milyard dollar uzunmüddətli, 6,858 milyard dollar isə qısamüddətli istiqrazlara edilib.

ABŞ hökümətinin qiymətli kağızlarına investisiyalar üzrə birinci yeri 1,127 trilyon dollarla Çin tutur. İlk üçlüyü 1,07 trilyon və 305,1 milyard dollarla müvafiq olaraq Yaponiya və Braziya tamamlayır.