Gələn ilin iyun ayında Türkiyədə daha bir neft-kimya kompleksinin tikintisinə başlanılacaq

  • 19 Sentyabr, 2018 14:35
Gələn ilin iyun ayında Türkiyədə daha bir neft-kimya kompleksinin tikintisinə başlanılacaq

“Yaxın vaxtlarda Türkiyədə daha bir neft-kimya kompleksi layihəsinə başlamaği nəzərdə tuturuq”.

“Finans.az”ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 20 sentyabr -Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı münasibəti ilə SOCAR-da təşkil edilən tədbirdə çıxışı zamanı bildirib.

O bildirib ki, qardaş ölkədə neft-kimya məhsullarına tələbat böyükdür və ilbəil daha da artır: “Bunu nəzərə alaraq, yeni layihənin texniki-iqtisadi əsaslandırmasının 2019-cu ilin aprel ayında yekunlaşdırılması, həmin ilin iyun ayında tikinti işlərinə başlanılması planlaşdırılır”.