“Rolls-Royce”da rekord satış - 115 ilin maksimumu

  • 11 Yanvar, 2019 12:39
“Rolls-Royce”da rekord satış - 115 ilin maksimumu

2018-ci ildə “Rolls-Royce” şirkətinin dilerləri 50 ölkədə 4 107 avtomobil satıblar.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, markanın 115 illik tarixi boyunca bu ən rekord satışdır.

Ötən ilin satışlarının 30%-i ABŞ-ın, 20%-i Avropanın, 20%-i Çinin, 15%-i Yaxın Şərqin və elə o qədərdə Asiya-Sakit Okean regionun payına düşüb.

Rekord göstərici yenilənən flaqman “Rolls-Royce Phantom”, “Dawn” və “Wraith” kupelərinin, həmçinin ötən ilin mayında təqdim olunan ilk yolsuzluq avtomobili “Rolls-Royce Cullinan” satışları hesabına əldə olunub.