"Rəvan Sığorta"nın Direktorlar Şurasının sədri vəzifəsini tərk edir

  • 1 Avqust, 2019 16:11

Sentyabrın 2-də, saat 11:00-da "Rəvan Sığorta" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Finans.az” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetində qeyd olunur.

Məlumata görə, yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 40 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə Surxay Əhmədovun “Rəvan Sığorta” ASC-nin Direktorlar Şurasına üzv seçilməsi və Şuranın sədri təyin edilməsi məsələsi daxildir. O, bu vəzifədə Emin Abbasovu əvəz edəcək.


Mənbə: report.az