Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz - CƏRİMƏ

  • 14 Avqust, 2019 16:21
Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz - CƏRİMƏ

Monteneqroda avqustun 14-dən etibarən restoran və kafelər də daxil olmaqla qapalı məkanlarda siqaret çəkmək qadağası qüvvəyə minib.

"Finans.az" xəbər verir ki, yeni qanuna əsasən, qadağanı pozan şəxslər 20 min avro məbləğində cərimələnəcək.

Bu gündən etibarən ölkə ərazisində qapalı məkanlarda yalnız ayrıca otaqlarda siqaret çəkmək mümkün olacaq. Qaydalara görə, otağın sahəsi 10 kvadratmetrdən çox olmamalı və məkanın ümumi sahəsinin 20 faizini üstələməməlidir.

Qeyd edək ki, qapalı məkanlarda siqarət çəkməyi qadağan edən qanun Monteneqro parlamenti tərəfindən iyulun 31-də qəbul edilib.


Mənbə: az.trend.az