Restoran, kafe və çay evləri bağlanır - Bu tarixdən

  • 27 Mart, 2020 21:56
Restoran, kafe və çay evləri bağlanır - Bu tarixdən

Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək.

"Finans.az" xəbər verir ki, bu barədə koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Bildirilir ki, xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın,çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.