Rəsmi anons öncəsi yeni "iPhone"ların qiymətləri - MƏLUM OLDU

  • 30 İyul, 2020 11:50
Rəsmi anons öncəsi yeni

ABŞ şirkəti “Apple”nin rəsmi təqdimatından əvvəl @komiya_kj "Twitter" hesabının sahibi olan insayder “iPhone 12”nin bütün modellərinin qiymətlərini açıqlayıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, iddiaya görə qiymət artsa belə bu fərq cüzi olacaq. Beləliklə “iPhone 12”nin modelindən və konfiqurasiyasından asılı olaraq qiymətləri aşağıdakı kimidir.

5,4 düym ekranlı “iPhone 12”nin qiyməti: 64 QB yaddaş üçün — $699, 128 QB — $749, 256 QB — $849.

6,1 düym ekranlı “iPhone 12 Max”: 64 QB — $799, 128 QB — $849, 256 QB — $949.

6,1 düym ekranlı “iPhone 12 Pro”: 128 QB — $1049, 256 QB — $1149, 512 QB — $1349.

6,1 düym ekranlı “iPhone 12 Pro Max”: 128 QB — $1149, 256 QB — $1249, 512 QB — $1449.