Rekord həcmdə barama istehsal olunub

  • 20 Avqust, 2019 13:35
Rekord həcmdə barama istehsal olunub

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 643,2 ton barama istehsal olunub ki, bu da 2018-ilin analoji dövrünün göstəricisindən 25,1% çoxdur.

“Finans.az” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, son 21 ilin ən yüksək göstəricisidir.

Qeyd edək ki, keçən ilin eyni dövründə Azərbaycanda 514 ton barama istehsal olunub.