Rayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırılır

  • 27 Mart, 2020 21:48
Rayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırılır

29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.

"Finans.az" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Belə ki, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq.

Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.