Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi

  • 23 Oktyabr, 2019 16:15
Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Finans.az" xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin".