“Raiffeisen Bank" Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində maraqlıdır

  • 6 May, 2020 11:18
“Raiffeisen Bank

Avstriyanın “Raiffeisen” bankı Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində maraqlıdır.

“Finans.az” xəbər verir ki, bu barədə bankdan deyiblər.

Qeyd olunub ki, bankın əsas məqsədi MDB regionunda daha sürətli və dayanıqlı artım üçün inkişaf etməkdə olan bazarlara kömək göstərməkdir:

“Biz azərbaycanlı tərəfdaşlarımıza göstərdiyimiz xidmətlərin həm kəmiyyəti, həm də keyfiyyətini artırmağa ümid edirik. Ənənəvi və mütərəqqi maliyyə həlləri ilə yanaşı, biz müştərilər ikitərəfli görüşlərin sayını artırmaqla əlaqələri möhkəmləndirməyi planlaşdırırıq. Hər il “Raiffeisen Bank”ın nümayəndələri Bakıya gəlir və Azərbaycan bankları ilə görüşlər keçirir. Biz bu görüşlərinə gələcəkdə daha da artmasını, o cümlədən işgüzar tərəfdaşların Vyanaya səfərlərini gözləyirik”.

Daha sonra bankdan bildiriblər ki, dünya bazarında mövqelərin möhkəmləndirilməsi üçün Azərbaycanın bank sektorunda normativ aktların təkmilləşdirilməsi zəruridir:

“Lokal iqtisadi xüsusiyyətləri nəzərə almaqla beynəlxalq tələblərin yerinə yetirilməsi bu tapşırığı Azərbaycan hökuməti və Mərkəzi Bank üçün çətinləşdirir. Qaydalar elə tərtib olunmalıdır ki, bazarın iştirakçıları özlərini təhlükəsizlikdə və eyni zamanda qlobal səviyyədə fəaliyyətlərinin inkişaf üçün rahat hiss etsinlər”.


Mənbə: az.trend.az