"Rabitəbank" koronavirusla bağlı fonda 150 min manat köçürdü

  • 30 Mart, 2020 17:12

“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Rabitəbank” ASC tərəfindən könüllü ianə edilib.

“Finans.az” Banka xəbər verir ki, "Rabitəbank" öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) 150 min manat məbləğində maliyyə vəsaiti köçürüb.

“Rabitəbank” ASC kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.