"Rabitəbank" inzibati xərclərini 52% artırıb

  • 25 Aprel, 2019 17:13

"Rabitəbank" ASC 31 mart 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.

"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın cari ilin birinci rübü üzrə cəmi aktivləri 717 mln. 995 min manat olub. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur.

"Rabitəbank"ın kredit portfeli 1 il ərzində 35,7% və ya 88 mln. manat artaraq 334 mln. 34 min manat təşkil edib.

DEPOZİT PORTFELİ AZALIB.

Sözügedən dövrə "Rabitəbank"ın depozit portfelinin həcmi 185 mln. 336 min manat təşkil edib. Bu isə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 14,9% azdır.

Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 8% azalaraq 624 mln. 733 min manata çatıb.

KAPİTALI ARTIB.

2018-ci ilin eyni dövrü ilə müqayisədə "Rabitəbank"ın cəmi kapitalında artım müşahidə olunub. Belə ki, bankın cəmi kapitalı 7,4% artaraq 93 mln. 223 min manata qalxıb.

MƏNFFƏTDƏDİR.

2019-cu ilin yanvar-mart aylarında bankın xalis faiz gəlirləri 7 mln. 85 min manat, xalis qeyri-faiz gəlirləri isə 876 min manat olub. Cəmi xalis gəlirləri 7 mln. 951 min manat olan "Rabitəbank" inzibati xərclərini 52% artıraraq 5 mln. 86 min manata çatdırıb, ehtiyatlara isə 383 min manat ayırıb. Nəticədə, bank 2019-cu ilin ilk rübünü 3 mln. 258 min manat mənfəətlə başa vurub.