“Rabitəbank”ın səhmdarları yığışır: rəhbərliyə bonuslar ödəyəcək

  • 11 Yanvar, 2019 08:45
“Rabitəbank”ın səhmdarları yığışır: rəhbərliyə bonuslar ödəyəcək

“Rabitəbank” ASC səhmdarlarının nəzərinə!

"Finans.az" xəbər verir ki, “Rabitəbank” ASC Müşahidə Şurasının 9 yanvar 2019-cu il tarixli 003 nömrəli qərarına əsasən, 2019-cu il fevralın 28-i saat 17.00-da bankın səhmdarlarının növbəti ümumi iclası keçiriləcək.

Yığıncağın gündəliyi:

1. Bankın 2018-ci maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi.

2. Bankın Audit Komitəsinin hesabatının təsdiqi.

3. Bankın rəhbərlərinə illik bonusların ödənilməsi.

4. Cari məsələlər.

Ünvan: Bakı şəhəri, 28 May küçəsi 3